"Qalatasaray"ın futbolçusu Viktor Nelsson İngiltərə klubunun hədəfindədir.

 Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə "Vulverhempton" yaxından maraqlanır. Premyer Liqa təmsilçisi danimarkalı oyunçu üçün 20 milyon sterlinq xərcləməyə hazırdır.

Qeyd edək ki, Nelssonun adı "Sevilya" ilə də hallanırdı.