"Fənərbağça"nın futbolçusu Attila Szalay ilə İngiltərə və İtaliya klubları maraqlanır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Vest-hem" 24 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir. Premyer Liqa təmsilçisi macar futbolçu üçün 8 milyon avro təklif edir.
İtaliya A Seriyasının "Bolonya" klubu da Attilla ilə yaxından maraqlanır. İtalyanlar gənc oyunçunu 10 milyon avroya heyətinə qatmaq istəyir.
"Sarı-lacivərtlər"in hər iki təklifdən məmnun olmadığı bildirilir.
Qeyd edək ki, "Fənərbağça" Szalayı keçən ilin yanvar ayında "Apollon" klubundan 2.2 milyon avroya transfer etmişdi.