"Beşiktaş" klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az "Ntv Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Bandırmaspor"un seneqallı hücumçusu Filipe Keni ilə anlaşıb. Xəbərə görə, "Beşiktaş" oyunçu üçün Türkiyənin 1-ci liqa təmsilçisinə 900 min avro təklif edib. Sözügedən forvardla rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Keninin klubu ilə sözləşməsi gələn ilin yayında başa çatır. O, geridə qalan mövsüm komandanın heyətində 36 oyuna çıxıb,14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.