"Fənərbağça" növbəti mövsüm heyətini ulduz futbolçu ilə gücləndirəcək.

 Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Liverpul"un belçikalı hücumçusu Divok Originin meneceri ilə danışıqlara başlayıb. Bildirilib ki, 26 yaşlı hücumçuya 3 illik müqavilə təklif olunacaq. Yayda Mersisayd təmsilçisi ilə sözləşmə uzatmayacaq forvardla Avropanın digər məşhur klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Belçika millisinin üzvü 2015-ci ildən "Liverpul"da çıxış edir.