"Fənərbağça"nın futbolçusu Atilla Szalayı sıradan çıxıb.

 Offsideplus.az xəbər verir ki, 24 yaşlı macar müdafiəçi dünən ölkə çempionatında "Konyaspor"la ( 2:1 ) oyununda sağ dizinin yan bağlarından zədə alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, o, bu mövsüm "sarı-lacivərtlilər"in heyətində 39 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.