Türkiyənin "Trabzonspor" klubu bu mövsüm Super Liqada çempionluğu bayram etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Qaradəniz təmsilçisi ölkə çempionatında 8-ci çempionluğunu qeyd etmək üçün karnaval təşkil etməyi planlaşdırır. Klub rəhbərliyi azarkeşlərinə daha bir sürpriz etməyə hazırlaşır. Belə ki, "Trabzonspor" bu tədbirə dünyaca məşhur kolumbiyalı pop müğənnisi Şakira və onun həyat yoldaşı, "Barselona"nın müdafiəçisi Xerard Pikeni də gətirmək niyyətindədir.
Qeyd edək ki, "Trabzonspor" 29 turdan sonra 70 xalla liderdir. Qaradənizlilərin ən yaxın izləyicisi olan "Konyaspor"un isə 55 xalı var.