"Qalatasaray" "Kopenhagen"in futbolçusunu heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Cim-Bom" Viktor Nelsson transferini reallaşdırıb. Klub 22 yaşlı müdafiəçi üçün Danimarka təmsilçisinə 7 milyon avro ödəyib. 

Gənc oyunçu ilə 5 illik müqavilə imzalanıb. "Sarı-qırmızılar" futbolçuya 25 milyon avro satış qiyməti qoyub.