Macarıstan millisi və "Fənərbağça"nın futbolçusu Attila Szalayı Premyer Liqa klubları istəyir.

Offsideplus.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi AVRO-2020-nin F qrupunda Portuqaliya (3:1), Fransa (1:1) və Almaniya (2:2) ilə oyunlarda start heyətdə meydana çıxaraq diqqət çəkib. Avropa çempionatındakı performansına görə, Szalay İngiltərə Premyer Liqası klublarının hədəfindədir. 

Belə ki, "Aston Villa", "Vestem" və "Lester" klubları macarıstanlı oyunçunu heyətinə qatmağı düşünür. 

Klubun prezidenti Ali Koç isə 20 milyon avrodan aşağı məbləğdə təklifləri dəyərləndirməyəcəklərini açıqlayıb. Attila Szalayın "Transfermarkt"də hazırkı satış qiyməti 7 milyon avrodur.