Türkiyə Super Liqasında 2020/21-ci illər mövsümünün çempionu olan "Beşiktaş" heyətini məşhur futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, "qara qartallar" "Liverpul"dan ayrılacağı gözlənilən Divok Origini sıralarına qatmağa yaxındır.

Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Kloppun növbəti mövsüm üçün sərəncamında yer almayan belçikalı hücumçu icarə əsasında İstanbul klubuna keçə bilər.

"Beşiktaş"ın hazırda sözügedən forvard üçün qarşı tərəflə danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, Origi ötən mövsüm "Liverpul" forması ilı çıxdığı 17 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.