"Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Başakşəhər"dən Edin Visçanı rənglərinə bağlayıb.
Bu barədə məlumatı "Fənərbağça"ya yaxın olan mənbə yayıb. Xəbərə görə, 31 yaşlı bosniyalı cinah yarımmüdafiəçisinin "Kanarya"ya keçidi həll edilib.
Müqavilənin detalları barədə hələlik məlumat yoxdur. Transferin tezliklə rəsmən elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən futbolçu 2011-ci ildən "Başakşəhər"in şərəfini qoruyurdu.