Türkiyə Superliqasında çempionluq yarışında mübarizə aparan "Fənərbağça" transfer çalışmalarına davam edir.

Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, "sarı-lacivərtlər" Luis Qustavo, Dimitrios PelkasAttila Szalayın menecer şirkəti "Rogon"un futbolçusu olan Dario Maresiç ilə yaxından maraqlanır. 

Lakin Türkiyə təmsilçisi 21 yaşlı müdafiəçinin transferi üçün tələsməlidir. Belə ki, adı çəkilməyən 2 Fransa və 2 Almaniya klubları Maresiç üçün hərəkətə keçib.

Qeyd edək ki, Liqa 1-də mübarizə aparan "Reyms"in oyunçusu Maresiçin klubu ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var.