Növbəti mövsümə hazırlıqları davam etdirən "Fənərbağça"nın heyətində ayrılıq gözlənilir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi komandanın əsas futbolçularından biri Atilla Szalayı satmağa qərar verib.

Belə ki, macar oyunçuya İngiltərə Premyer Liqasından "elçi" var. "Lester" klubu 23 yaşlı müdafiəçini sıralarına qatmaqda israrlıdır.

"Fənərbağça" artıq futbolçunun satış qiymətini də müəyyənləşdirib. Sözügedən oyunçu 25 milyon avro qarşılığında "tülkülər"in heyətinə cəlb edilə bilər.

Qeyd edək ki, Szalay bu ilin əvvəlindən "sarı-larcivərtli" formanı geyinir.