"Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz  maraqlı açıqlamaları ilə diqqətləri çəkib.

Offsideplus.az xəbər verir ki, "cim-bom"un yeni transferləri ilə müqavilə imzalanma mərasiminə qatılan klub rəhbəri tədbirdən sonra mətbuat nümayəndələri ilə həmsöhbət olub.

Bir sıra məqamlara toxunan 71 yaşlı iş adamı bu günlərdə "Beşiktaş" klubunun xərc limitləri ilə bağlı etdiyi çağırışı barədə də danışıb.

Mustafa Cengizin "Qalatasaray"ın əzəli rəqibi "Fənərbağça"nı etdiyi transferlərə görə, UEFA-ya şikayət edib-etməyəcəyi barədə suala cavabı belə olub:

"Mən UEFA-ya getmərəm! Biz bir türk klubunu UEFA-ya şikayət etməmişik və etmərik də. Əksinə heç bir türk klubuna cəza verilməməsi barədə onların haqqlarını müdafiə edərik. Ancaq bizim haqqımızda UEFA-ya bəlkə də iki "kisə" şikayət məktubu gedib".

Jurnalistlərin sizi kim şikayət edib sualına isə M.Cengiz "Rəqib klubların azarkeşləri" cavabını verib.