"Qalatasaray" klubunun keçmiş futbolçusu Uesli Sneyder şənbə günü "Fənərbağça" ilə oynanılacaq derbi barədə hesab təxminlərini verib.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı niderlandlı görüşdə çox qolun vurulmayacağını ehtimal edir. O, komandaların ehtiyatlı çıxış edəcəyini dilə gətirib.

Belə ki, Sneyder derbinin 1:1 hesabı ilə bitəcəyini bildirib.

Qeyd edək ki, sabah Kadıköydə oynanılacaq "Fənərbağça" - "Qalatasaray" matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq.