"Fənərbağça" və "Bein Sports" yayım şirkəti arasında olan gərginlik barədə daha öncə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, "Kayserispor"la matçdan (3:0) sonra "sarı-lacivərtlər"in müsahibələri yayımlanmayıb. Oyunda çox yaxşı performans göstərən "Fənər"in yeni transferi Attila Szalay müxbirin sualını cavablamaqdan imtina edib.
Belə ki, jurnalistin "İlk oyununda möhtəşəm performans göstərdin, komandaya çox önəmli faydan dəydin, bütün alqışları qazandın. Nələr hiss edirsən?" sualına macarıstanlı müdafiəçi belə cavab verib:
"Təşəkkür edirəm. Oyun barədə danışmayacam. Çünki danışsam belə, yayımlamırsız. Təşəkkürlər, gecəniz xeyirə".