Türkiyə Superliqasının 20-ci turunda "Fənərbağça" "Sivasspor"un qonağı olub.

Offsideplus.az xəbər verir ki, "sivaslılar" "sarı-lacivərtlər"i axsatmağı bacarıb. 1:1 hesabı ilə başa çatan oyunda "Fənərbağça" vacib 3 xalı itirib.

Belə ki, xallarının sayını 39-a çatdıran Erol Bulutun komandası 2-ci pilləyə yuvarlanıb. "Karagümrük" səfərindən darmadağınla qayıdan "Beşiktaş" isə Türkiyə Superliqasında vahid lider olub. 

"Sivasspor" - "Fənərbağça" 1:1 (M.Yatabare, 18. - Valensiya, 45+1.)