"Fənərbağça"nın qış fasiləsindəki ilk və hələ ki, son transferi Atilla Szalay 4,5 illik müqaviləyə imza atdı.

Offsideplus.az xəbər verir ki, dünən 21 yaşını qeyd edən macar müdafiəçi "Fənər"dəki ilk ilində 800 min avro+bonuslar qazanacaq. Növbəti illər üçün müqavilələrdə isə performansına əsasən maaş artımı müşahidə oluna bilər. 

Qeyd edək ki, Macarıstan millisinin müdafiəçisi "Apollon"dan transfer olunub.