"Fənərbağça", nəhayət, müdafiəçi axtarışlarına son qoyub.

İstanbul təmsilçisi xeyli vaxtdır axtardığı oyunçunu Cənubi Kiprdə tapıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" xeyli vaxtdır Atilla Szalay üçün "Apollon"la danışıq aparırdı. 22 yaşlı ucaboy mərkəz müdafiəçisinin klubla müqaviləsi 2023-ün yayına qədər olduğundan, "Fənər" ilk növbətə Limassol təmsilçisinin "hə"sini almalıydı. Atıq tərəflər bütün detallarda razılığa gəliblər. Qalır Szalayın müqaviləyə qol çəkməsi.

Qeyd edək ki, Atilla 2019-un yayından "Apollon"un formasını geyinir. Elə həmin ildən Macarıstan millisinə də dəvət alır ki, ölkənin bir nömrəli komandasında 8 oyun keçirib. Həmin oyunlardan 2-si Millətlər Liqasında Türkiyə yığmasına qarşı olub. Szalay hər 2 qarşılaşmada 90 dəqiqə iştirak edib.