Türkiyə Kubokunun növbəti turunda "Tuzlaspor" "Başakşehir"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, qonaqlar 1:5 hesabıyla "Tuzlaspor" üzərində qələbə qazanıb. 73-cü dəqiqədə Daniel Aleksiçin vurduğu akrobatik qol kifayət qədər baxımlı alınıb. Bu qələbədən sonra "Başakşehir" Türkiyə Kubokunda 1/4 finala yüksəlib.
Oyunun icmalını təqdim edirik:
"Tuzlaspor" - "Başakşehir" 1:5 (V.Bora, 34. - Demba Ba, 8, 42. D.Aleksiç, 73. R.Tagir, 79. İ.Kahveci, 89.)