Heyətini gücəndirmək, bununla da çempionluq yolunda ciddi atmaq niyyətində olan "Fənərbağça" transfer çalışmalarını gücləndirib.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mesut Özillə danışıqları sürətləndirən, Juan Jesus iddiasından əl çəkməyən "sarı-lacivərdlilər" Edin Vişça ilə danışıqların son mərhələsinə qədəm qoyub. Buna qədər bir neçə dəfə danışıq apardığı, lakin razılığa gələ bilmədiyi bosniyalı futbolçu yaxın günlərdə "Fənər"lə müqavilə bağlayacaq. "Başakşehir"in vitse-kapitanının "Fənərbağça"da oynamaq istəyirəm" deməsindən sonra klub prezidenti Göksəl Gümüşdağ aparıcı futbolçunun satılmasına razılıq verib. Artıq tərəflər arasında müqavilə detalları ilə bağlı danışıq olub, Vişçanın razılığı alınıb.
Qeyd edək ki, Bosniya və Hersoqovina millisinin üzvü cari mövsümdə meydana çıxdığı 17 oyunda komandasına 5 qol və 7 məhsuldar ötürmə ilə fayda verib. Edin 2011-in yayından "Başakşehir"in formasını geyinir.