"Trabzonspor" klubu futbolçusu Aleksandr Şörlötün komandadan ayrıldığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "bordo-mavililər"in 24 yaşlı hücumçusu karyerasını "Leyptsiq"də davam etdirəcək.
Norveçli futbolçu üçün ödənəcək 20 milyon avro İngiltərənin "Kristal Palas" və "Trabzonspor" klubları arasında bölünəcək.
Qeyd edək ki, Şörlöt ötən il icarə əsasında "Kristal Palas"dan Türkiyə təmsilçisinə keçmişdi.