"Qalatasaray"la 1+1 illik müqavilə imzaladığı iddia olunan Arda Turan tətildə belə məşqlərini axsatmır.
Offsideplus.az xəbər verir ki, "Barselona" ilə müqaviləsi bitən, yanvarda icarə əsasında çıxış etdiyi "Başakşəhər"dən ayrıldıqdan sonra klubsuz olan türk ulduz fərdi məşqlərini davam etdirir.
Yenidən "sarılı-qırmızılı" forma geyinməkdə israrlı olan Arda tətilə getdiyi hoteldə məşqlərinə ara vermir. Sosial şəbəkələrdə oteldən məşq edərkən görüntüsünü paylaşan 33 yaşlı futbolçu videoya "göz qırpan emoji" qoymağı unutmayıb.
Futbolçunun yaxın çevrəsi Arda Turanın son 3 aydır ciddi fərdi məşq proqramı ilə məşğul olduğunu bildirib.
Qeyd edək ki, yeni müqaviləyə əsasən, Arda Turan "Qalatasaray"da hər çıxdığı oyuna 200 min TL qazanacaq.