"Beşiktaş"da filmlərə mövzu olacaq hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, uzun müddətdir pul qabından pulu azaldığını hiss edən Domaqoy Vida bunu komanda yoldaşları Burak, Necip və Atiba ilə bölüşüb.
Klubda daha əvvəl də belə halın yaşandığını bildikdən sonra komanda yoldaşları ilə plan quran xorvat futbolçunun bazada yerləşən otağına 2 kamera yerləşdiriblər. Məşqdən sonra kameralara baxan futbolçu oğrunu iş başında tutub.
Klub əməkdaşının pul oğurladığı rəhbərliyə bildirilib. Klubla əlaqəsi kəsiləcək olan yüksək vəzifəli şəxs barədə şikayət edilib-edilməyəcəyi barədə daha sonra qərar veriləcək.