Türkiyə Super Liqasında mübarizə aparan daha bir klub koronavirus şoku yaşayıb.

Offsideplus.az xəbər verir ki, “Kasımpaşa”da iki nəfərdə koronavirus aşkarlanıb.

Bütün futbolçular, məşqçilər və digər çalışanlardan götürülən testlərin ikisi müsbət nəticə verib. Onların hər ikisi futbolçudu.r Amma oyunçuların adları açıqlanmayıb.