Futbol üzrə Almaniya Bundesliqasının dəqiq bərpa vaxtı açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, Bundeliqanın rəhbəri Kristan Seyfert çempionatın mayın 16-da azarkeşsiz başlayacağını bildirib. İlk oyun isə Dortmund "Borussiya"sı ilə "Şalke" arasındakı Rur derbisi olacaq. 

Qeyd edək ki, Bundesliqa martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.