Rusiyanın Spartak klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov həbs edilən futbolçular  Aleksandr Kokorin və Pavel Mamayevə dəstək nümayiş etdirib. 

Offsidpelus.az xəbər verir ki, Səmədov ictimaiyyətin yaranmış vəziyyətdə tutduğu mövqedən narazılığını bildirib.

“Biz onları xeyli vaxtdır tanıyırıq. Bu futbolçuları həm peşəkar kimi, həm də insan kimi tanıyıram. Onları buna vadar edən çox əsaslı səbəb olmalıdır. Gəlin tələsik nəticələr çıxarmayaq. Məhkəmə və linç edilmə fərqli tərəflərdə dayanıb”, - deyə o bildirib..

Qeyd edək ki, sözügedən futbolçular Moskvada kafedə məmura  saldıqları dava ilə əlaqədar saxlanılıb. Onlar iki ay müddətində həbsdə qalacaqlar.