"Fakel"in baş məşqçisi Sergey Taşuyev "Səbail"lə Antalyada keçirilən yoxlama oyunu barədə fikirlərini klubun mətbuat xidmətinə bölüşüb.
Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis qələbə qazanmalarından və meydana buraxdığı heyət haqda danışıb:
"Səbail"ə qalib gəldik. Hər qələbə müsbət haldır. Bu, yaxşı əhval-ruhiyyə, özünəinam verir. Nəticəyə fikir vermədən bütün matçlarda uduzsaq, əhval-ruhiyyə heç də hamıda yaxşı olmayacaq. Burada qalib psixologiyası, güclü olmaq hissi formalaşır. Buna görə də qalib gəlmək vacib idi. "Səbail"lə qarşılaşma Antalyada ilk sınağımız oldu. Səhv etmirəmsə, bu, Rusiya Premyer Liqası klublarının bu qış ilk oyunu idi. Bir həftədir məşq edirdik, futbolçulara enerjini çıxarmaq imkanı verməliydik. Matçlar arası tsikl çox böyük olmamalııdır. Bir həftə maksimal müddətdir. Daha iki görüşümüz olacaq.
İlk hissədə mövsümdə güvəndiyimiz heyət oynadı. Fasilədən sonra gənclərə şans verdik. Onlarla birlikdə təcrübəlilər də var idi. İnformasiya toplamaq baxımından çox yaxşı oyun oldu. Mübarizə aparmağımız, döyüşməyimiz xoşuma gəldi. Səhvlər çox idi. Nəticə kifayət qədər vacib olsa da, qarşılaşma o qədər yaxşı deyildi. Lakin hazırlığa bir həftədir başlamışıq. Meydanda yetərincə emosiya var idi. Oyunu analiz edəcəyik. Başa düşürəm ki, ilk matçdır. Gənclər ikinci hissədə pis oynamadı, sevindirdilər. İşimizə davam edəcəyik".