Rusiya milli komandasının və "Zenit"in sabiq yarımmüdafiəçisi Vladislav Radimov "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasını haqda danışıb.

"Offsideplus.az" xəbər verir ki, "prosport.ru"ya açıqlama verən rusiyalı ağdamlıların qapıçısı Andrey Lunyov haqda fikirlərini söyləyib:

"Qarabağ” kimi komanda ilə Avropa Liqasının pley-off mərhələsinə yüksələn Andrey Lunyova görə çox şadam. Bu, çox dəyərlidir. “Qarabağ”ın “Bayer”lə səfər oyununa baxdım. Onlara 5 qol vurdular, amma Lunyov olmasaydı, “Qarabağ”a yəqin ki, 18 qol vurardılar".