Leverkuzen "Bayer"inin hücumçusu Sərdar Azmun “Zenit”ə qayıda bilər.
Offsideplus.az xəbər verir ki, iranlı forvardın yenidən Rusiya klubuna dönməsi ilə bağlı danışıqlara start verilib. Futbolçu ilə başqa klubların da maraqlandığı vurğulanıb.
O, ötən ilin yanvarında “Zenit”dən Almaniya təmsilçisinə keçmişdi.
Azmun 2022/23 mövsümündə Bundesliqa klubunda bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, dörd qol vurub və eyni sayda məhsuldar ötürmə edib.