Rusiyada keçirilən "Matç TV Kuboku"na bu gün start veriləcək. 

Offsideplus.az xəbər verir ki, "Neftçi"nin də iştirak etdiyi turnirdə Azərbaycan klubu "Zenit"lə qarşılaşacaq. Matç Sankt-Peterburqdakı “Qazprom Arena”da Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq. 

Görüş “Matç TV” vasitəsi ilə canlı yayımlanacaq.

1 iyul

20:30. “Zenit” – “Neftçi”

Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov

“Qazprom Arena”.