"Qarabağ”ın Rusiyanın "Krasnodar” klubuna satdığı yarımmüdafiəçi Kadi Borges şimal qonşumuzun məşhur klubundan təklif alıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu "Zenit"in "radar"ına düşüb. Rusiya mediasında yayılan informasiyalara görə, Sankt-Peterburq təmsilçisi Kadi üçün 14 milyon avro transfer məbləği ödəməyə hazırdır.
Xatırladaq ki, "sambaçı" ötən gün Rusiya Premyer Liqasının 19-cu turunda "Dinamo” ilə matçda dubl edib.