Futbol üzrə Rusiya Super Kubokunda həlledici görüş baş tutub.

 Offsideplus.az xəbər verir ki, Sankt-Peterburqdakı "Qazprom Arena"da son çempion "Zenit" və kubokun sonuncu qalibi "Spartak" (Moskva) arasında baş tutan matçda birincilər - 4:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Sergey Semakın çalışdırdığı Sankt-Peterbuq təmsilçisi ardıcıl 3-cü dəfə adı çəkilən titula sahib çıxıb.