Futbol üzrə Rusiya Premyer Liqasında koronavirusla bağlı bütün sanitariya qaydaları ləğv edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi Bürosunun son iclasında qərar qəbul edilib.

Bildirilib ki, yarış iştirakçıları bundan sonra Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) norma və tələblərinə ciddi riayət etməlidirlər.