Futbol üzrə Ukrayna yığmasının üzvü Yaroslav Rakitski Rusiyanın "Zenit" klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 33 yaşlı müdafiəçinin istəyilə müqaviləyə xitam verib.

Onun iki ölkə arasındakı davam edən müharibə səbəbindən ailə vəziyyəti ilə əlaqədar bu addımı atdığı bildirilib.

Qeyd edək ki, Yaroslav Rakitski 2019-cu ilin yanvarından "Zenit"də çıxış edirdi.