Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən "Tambov" iflasa uğrayıb.
Offsideplus.az xəbər verir ki, klub yerli çempionatdan kənarlaşa bilər. İddiaya görə, hazırda "Tambov"un əsas komandasında 9 oyunçu qalıb və onlardan 2-si qapıçıdır. Qalan digər futbolçular sənədlərini götürüblər.
Klubun ümumi borcu təxminən 360 milyon rubldur. Bu məbləğin demək olar ki, yarısı futbolçuların maaşıdır. Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatası kluba maddi problemlər üzündən transfer qadağası qoyub.
Komandanın baş məşqçisi Sergey Pervuşin kollektivin məşqə çıxmadığını və veriləcək qərarları gözlədiklərini bildirib.
Qeyd edək ki, "Tambov" 19 turdan sonra 13 xalla sonuncu - 16-cı yerdədir (Report).