Azərbaycanlı futbolçu klubundan ayrılıb.

Offsideplus.az "Ufa"nın rəsmi saytına istinadla xəbər verir ki, Azər Əliyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Cari mösvümdə Başqırdıstan təmsilçisində 15 oyuna çıxıb 1 qol vuran soydaşımız əsas heyət üzvü sayılmırdı. Görünür, bu amil və komandanın autsayderlər sırasında qərarlaşması qərarda vacib rol oynayıb. 

Qeyd edək ki, 1994-cü ildə Krasnoyarskda doğulan Əliyev "Ufa"ya qədər "Yenisey", "Saxalin", "Krılya Sovertov" kimi komandaların şərəfini qoruyub.