Rusiya Premyer Liqasında 6-cı turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb və komanda doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.

Azər Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Əliyev 43-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.