Rusiya Premyer Liqasında 28-ci turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin şərəfini qoruduğu “Ufa” da növbəti matçına çıxıb.
Komanda səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyat oyunçular skamiyasında qalıb.