Koronavirus pandemiyasına görə 22-ci turda dayandırılan Rusiya Premyer Liqasının iyunun 21-dən başlayacağı barədə məlumat vermişdik.
Offsideplus.az xəbər verir ki, oyunlar bərpa olunan digər liqalardan fərqli olaraq, azarkeşlərin iştirakı ilə baş tutacaq. Stadionun azarkeş tutumunun 10 faizindən istifadə olunacaq.
Rusiya kubokunun matçları isə iyunun 24-dən start götürəcək.