Rusiya Premyer Liqasının bərpa olunma vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyasında zəifləmə halı müşahidə olunarsa, çempionat iyun ayının sonlarında start götürüb avqustun 2-də başa çatdırılacaq.

Epidemiyanın qarşısının alınması mümkün olmazsa, liqa yekunlaşdırılacaq. Belə olacaq təqdirdə aşağı diviziondan Premyer Liqaya 2 komanda vəsiqə qazanacaq.

Bunun baş verəcəyi halda gələn il çempionatda 18 komanda mübarizə aparacaq və turniri 4 klub tərk edəcək.