Bir neçə gün öncə "Spartak" klubundan ayrılan Aleksandr Səmədovun "Krılya Sovetov"a keçidi baş tutub. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan əsilli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. Ancaq klub hələlik sözləşmənin müddətini və digər detallarını açıqlamayıb. 34 yaşlı futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, milli komandamızın hücumçusu Ramil Şeydayev də "Krılya Sovetov"da çıxış edir.