"Spartak” futbolçusu Aleksandr Səmədovla yolları ayırmaq üçün onunla danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, Moskva təmsilçisi Azərbaycan əsilli yarımmüdafiəçi ilə 2019-cu ilin yayına qədər olan müqavilənin vaxtından əvvəl ləğvi üçün 3 aylıq əmək haqqı - 450 min avro təklif edib. Amma o, bundan imtina edib.
A.Səmədovun Moskvada ayrılmaq istəmədiyi və karyerasını hazırkı klubunda davam etdirmək istədiyi bildirilib.
Qeyd edək ki, 34 yaşlı futbolçu cari mövsüm ölkə çempionatında oynadığı 8 matçda 1 qol ötürməsi verib. Onunla "Dinamo"nun maraqlandığı iddia olunur.(qol.az)