Rusiya Futbol Federasiyası 2018-ci ildə ölkənin ən yaxşı futbolçusunun adını elan edib.
Offsideplus.az xəbər verir ki, bu anominasiyada milli komanda və "Zenit"in hücumçusu Artyom Dzyuba layiq görülüb. Məşqçilər, top-menecerlər, veteranlar və jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, İqor Akinfeyev (SSKA, Moskva) 2-ci, Mario Fernandes (SSKA, Moskva) 3-cü, Roman Zobnin ("Spartak", Moskva) 4-cü, Denis Çerışev ("Valensiya) isə 5-ci olublar.
Qeyd edək ki, Rusiyada 2016-cı ildə Fyodor Smolov, növbəti il isə Kvinsi Promes ən yaxşı adına layiq görülmüşdü.