Bakıda “Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışı davam edir. 

Offsideplus.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda bu gün idmançılar buz üztündə rəqs proqramı ilə çıxış ediblər. Buz üstündə rəqsdə  13 ölkədən 15 cütlük birincilik uğrunda mübarizə aparıb. 

Yarışın nəticələrinə əsasən Fransalı cütlük Ambre Perrier Gianesini və Amuel Blanc Klaperman 65.58 xalla 1-ci yerə, İtaliyalı cütlük  Zoe Bianchi və Daniel Basili 60.75 xalla 2-ci yerə, Kanadalı Summer Homick və Nicholas Buelov  isə 58.78 xalla 3-cü yerə sahib olublar.

Azərbaycanı təmsil edən Anna Obrayn və Dreyk Tonq isə 41.57 xalla 14-cü olublar.