Azərbaycan 2026-cı ildə Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

Offsideplus.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən ISMF yarışların "Şahdağ" Turizm Mərkəzində keçirilməsi ilə bağlı qərar qəbul edib və yarışlar beynəlxalq federasiyanın rəsmi təqviminə salınıb.

Avropa çempionatı 2026-cı ilin 4-8 mart, Dünya Kuboku isə 6-8 mart aralığında gerçəkləşəcək.