ABŞ hokkey yığması 1960-cı ildən sonra ilk dəfə dünya çempionu titulunu qazanıb.
Offsideplus.az xəbər verir ki, komanda finalda İsveçrəni məğlub edib - 1:0.
Görüşün taleyini həll edən yeganə şayba overtaymın 3-cü dəqiqəsində vurulub.
Bununla da ABŞ tarixində 3-cü dəfə dünya çempionu olub.
İsveçdə keçirilən yarışda bürünc medallara meydan sahibləri yiyələniblər. Onlar Danimarka kollektivini 6:2 hesabı ilə məğlub ediblər.



