"Biz Veronika Jilinanın keçidi ilə bağlı Azərbaycan tərəfindən xahiş məktubu almamışıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri Rusiyanın Fiqurlu Konkisürmə Federasiyasının baş direktoru Aleksandr Koqan deyib.
Dünən Rusiya mətbuatında 16 yaşlı fiqurlu konkisürən, ikiqat olimpiya çepionu Yevgeni Plyuşenkonun yetirməsi Veronika Jilinanın karyerasını Azərbaycanda davam etdirmək istəyi barədə məlumatlar yayılıb.
Ancaq federasiya rəsmisi bu xəbərləri təkzib edib: "Veronka istedadlı idmançıdır. O, ötən mövsüm zədəsini bərpa etməyə çalışıb. Zədəli olmasına baxmayaraq, hər ay federasiyadan perspektivli ehtiyat idmançılara ayrılan maliyyə dəstəyi alır. Hərçənd Veronika yarışlara qatıla bilmirdi, biz bu dəstəyi dayandırmadıq. Çünki onu öz idmançımız sayırıq. Ona zədəsini tezliklə bərpa etməyi arzulayırıq. Bizə onun digər ölkəyə getmək niyyəti təəccüblü gəldi. Onu bizim ölkənin konkisürəni hesab edirik".
Yayılan məlumatlarda bildirilirdi ki, V.Jilinanın nümayəndələri artıq Azərbaycan Qış İdman Növləri Federasiyasının rəhbərliyi ilə ilkin danşıqlar aparıb. Yeniyetmə idmançı ilə bağlı yayılan xəbərlər Rusiyada fiqurlu konkisürmə sahəsinə rəhbərlik edənlər arasında əsl çaşqınlıq, qalmaqal yaradıb.