Rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycanda çıxış etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, bu barədə Rusiyanın RiİA Novosti agentliyi məlumat yayıb.

Bildirilir ki,16 yaşlı idmançının nümayəndələri Azərbaycan Qış İdman Növləri Federasiyasının rəhbərliyi  ilə artıq ilkin danışıqlar aparıb.

Ancaq federasiya rəsmiləri agentliyə bu məsələni təsdiqləməyiblər: "Bizə bu barəədə məlumat daxil olmayıb", - deyə federasiya agentlikdən göndərilən sorğuya cavab verb.

Hazırda danışıqların qeyri-rəsmi formada aparıldığı və qeydiyyata alınmadığı bildirilir.

Veronika Jilina Rusiyanın parlamaqda olan xanım idmançılarından sayılır. O, ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsidir.