Azərbaycanda yeni komanda yaradılıb.

Offsideplus.az xəbər verir ki, bununla bağlı gənclər və idman nazirinin müavini Mariana Vasileva sosial şəbəkə hesabında paylaşım edib.

O, ölkəmizdə buz üzərində hokkey komandasının yaradıldığını bildirib. Bu, Azərbaycan idmanı tarixinə ilk kimi düşüb.

Komandamız Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında məşqlərə başlayıb.