Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası 198 nəfəri Rusiya Federasiyasının prezidentliyinə namizəd Vladimir Putinin etibarlı nümayəndəsi kimi qeydə alıb.

Offsideplus.az xəbər verir ki, bu siyahıya Rusiya Hokkey Federasiyasının birinci vitse-prezidenti və SKA-nın baş məşqçisi Roman Rotenberq, həmçinin ikiqat Olimpiya çempionu Aleksandr Kojevnikov da daxildir.

Qeyd edək ki, bu, Putinin etibarlı adamlarının siyahısının ikinci hissəsidir. Birinci hissəyə hokkey üzrə üçqat dünya çempionu, beşqat Qaqarin kubokunun qalibi Danis Zaripov da daxil idi.

Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək.